"Heç bir gəlinin qayınanaya borcu yoxdur".
AZXEBER.COM xəbər verir ki, bunu şairə Nazilə Səfərli sosial media hesabında deyib.
Səfərli qız övladı olan analara pis yanaşan insanları qınayıb:
"Heç bir gəlinin qayınanaya borcu yoxdur. Qayınana oğul doğanda nə olur ki? Gözümüzün ikisi də aydın! Uşaq da olmayanda gəlinə sonsuz deyirlər. Ya qız olmalıdır, ya da oğlan, fərqi nədir? Çöldə gördüyümüz iti də, pişiyi də gətirib evdə bəsləyirik. Dünyaya gətirdiyimiz övlada da baxmalıyıq. Qızı olan ana elə hörmətsiz olur ki, elə bil qız övlad balqabaqdır. O gəlin də kiminsə qızıdır. Onu evinizə gətirib niyə bədbəxt edirsiz?
Aysel