Batma təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib – FOTO

Batma təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib – FOTO
SOSİAL
11:00 13.03.2018
1849
Bu il martın 12-də Astara reydində fırtınalı hava şəraiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən "ŞA-274” bort nömrəli, "Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyəti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Kələdəhnə” sahil nəzarəti məntəqəsinə kömək göstərilməsi barədə müraciət edilib.

DSX-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində fırtınalı hava şəraiti və texniki nasazlıq səbəbindən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb.

Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü üç metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov Sü­leyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir