Batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 10-da Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh və Zağulba sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.