Batumidə Azərbaycan vətəndaşları saxlanılıb

Batumidə Azərbaycan vətəndaşları saxlanılıb
SOSİAL
10:39 09.03.2026
263
Gürcüstanın Batumi şəhərində bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz alınması, saxlanması və satışına kömək ittihamı ilə Azərbaycan vətəndaşları olan 1998-ci il təvəllüdlü A.Z. və 1999-cu il təvəllüdlü E.F. saxlanılıblar.

AZXEBER.COM APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Təqsirləndirilən şəxslərin üzərilərində və müvəqqəti yaşayış yerlərində, eləcə də istintaq eksperimenti zamanı müxtəlif yerlərdən xüsusilə külli miqdarda satış üçün hazırlanmış müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən kokain, qurudulmuş marixuana, metamfetamin, lirika və preqabalin həbləri götürülüb. Polis həmçinin narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materialları da müsadirə edib.

Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməllərinə görə 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR