Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO

Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
DÜNYA
16:52 08.08.2025
162
Gürcüstanın Batumi şəhərində fərdi nəqliyyat vasitələrinin — elektrik skuterlər, ailə tipli motosikllər və yüngül cihazların — gündəlik istifadəsi üçün yaradılan infrastruktur diqqət çəkir. 

Şəhərin əsas prospektlərində və sahilyanı ərazilərində bu tip nəqliyyat vasitələri üçün xüsusi zolaqlar ayrılıb.

Bu zolaqlar nəqliyyat axınından və piyada yollarından tam fərqlənir, üstündə isə təhlükəsizlik məqsədilə "SLOW” yazıları və "piyada yoxdur” tipli nişanlar yerləşdirilib. 

Bu cür yanaşma həm şəhər mədəniyyətini formalaşdırır, həm də şəhər içində hərəkəti daha təhlükəsiz və rahat edir.

Görüntülərdən də aydın görünür ki, Batumidə bu sistem yalnız turistlər üçün deyil, həm də yerli sakinlərin gündəlik ehtiyaclarını qarşılamaq üçün istifadə olunur. 

Velosiped və elektrik cihazlarının icarə məntəqələri şəhərin mərkəzi hissələrində asanlıqla tapılır və qiymətləri də münasibdir.

Hazırda Bakıda da oxşar təşəbbüslər görülür, lakin istifadə səviyyəsi və sistemin effektivliyi hələ Batumi ilə müqayisədə zəifdir. 

Sual yaranır: fərdi nəqliyyat vasitələri üçün bu qədər rahat və qaydalı şərait Bakıda nə vaxt formalaşacaq?

Rəşad İbrahimxəlil
 

OXŞAR XƏBƏRLƏR