Batumidə “Heydər Əliyev adına Azərbaycanşunaslıq Mərkəzi“ açıldı

Batumidə “Heydər Əliyev adına Azərbaycanşunaslıq Mərkəzi“ açıldı
SOSİAL
12:01 11.05.2016
1478

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, Konsulluqda Baş konsul Rəşad İsmayılov, Batumi Dövlət Universitetinin Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər üzrə təhsil alan 30 nəfərdən ibarət tələbələrini qəbul edib, onlara Heydər Əliyevin Azərbaycan tarixindəki parlaq ictimai-siyasi fəaliyyətindən bəhs edib.Bundan sonra, Şota Rustaveli adına Batumi Dövlət Universitetində mərhum prezidenti adını daşıyan "Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi”nin açılışı olub. Acılışda Baş konsul Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətləri xatırladıb və məhz onun səyləri nəticəsində Azərbaycanın dünya ictimaiyyəti arasında öz layiqli yerini tutduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin üzləşdiyi problemlərin həllində, möhkəm iqtisadi inkişafın əsasının yaradılmasında və tarazlaşdırılmış xarici siyasət kursunun təyin edilməsində Heydər Əliyevin əvəzedilməz rolunu vurğulayan baş konsul onun tərəfindən əsası qoyulan inkişaf strategiyasının Azərbaycanı regionun lider ölkəsinə çevirdiyini bildirib.Baş konsul Rəşad İsmayılov "Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi”nin yaradılmasının iki ölkə arasında elm, təhsil, mədəniyyət, humanitar və digər əlaqələrə dair konfrans və sərgilərin keçirilməsi, universitetin tələbələri üçün Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmağı baxımından son dərəcə vacib olduğunu bildirib.Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze cıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb.Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze və digər dövlət rəsmiləri, Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Batumi şəhərinin meri Georgiy Yermakov, Türkiyə Respublikasının və İran İslam Respublikasının Baş Konsulluqlarının əməkdaşları,Batumi Dövlət Universitetinin rektoru , Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, "SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.Çıxışların ardınca Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək