Məsələnin ictimailəşdirilməsindən sonra "Batya" işdən azad olunmuşdu. Bunun ardınca bloger Nail Kəmərliyə müsahibə verən "Batya" bildirmişdi ki, o tam sağalıb və işləməyə hazırdır.
Son günlər isə sosial mediada onun yenidən işə bərpa olunması ilə bağlı video görüntülər yayılıb.
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən ictimai fəal, bloger Nail Kəmərli məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"O bir neçə il öncə çəkilmiş videodur. Təəssüflər olsun ki, hazırda Bəxtiyar yenə də işsizdir. Çünki həmin avtobus qarajının rəhbərliyi onu işə geri qəbul etmir. Onların sözlərinə görə yalnız rəsmi şəkildə məsələnin işıqlandırılması və araşdırılmasından sonra vətəndaşı yenidən işə bərpa edə bilərlər. Əlimdən gələni etdim, amma mən də sadə vətəndaşam. Başqa nə edə bilərəm, bilmirəm".
Aysel Hacızadə