"Bavariya" 20 yaşlı türkiyəli futbolçusu Yusuf Kabadayının "Auqsburq"a transfer olunduğunu açıqlayıb.
AZXEBER.COM alman mətbuatına istinadən xəbər verir ki, "Auqsburq" 900 min avro transfer haqqı ilə futbolçunu heyətinə qatıb.
Xatırladaq ki, ötən mövsümü "Şalke 04"də keçirən Kabadayı 24 matçda 4 qol vurub.
Bundesliqa təmsilçisi "Auqsburq” ötən mövsümü 39 xalla 11-ci yerdə başa vurub.
Məryəm