"Bavariya" "Dortmund"u məğlub etdi

"Bavariya" "Dortmund"u məğlub etdi
İDMAN
23:48 18.10.2025
93
Almaniya futbol çempionatının 7-ci turu çərçivəsində "Bavariya" komandası doğma meydanda Dortmund "Borussiya"sını 2:1 hesabı ilə məğlub edib.

AZXEBER.COM xəbər verir ki, görüş Münhendəki "Allianz Arena"da baş tutub.

Qalib komandanın heyətində qolları Harri Keyn (22-ci dəqiqə) və Maykl Olişe (79) vurublar. "Borussiya"nın heyətində Yulian Brandt (84) fərqlənib.

"Bavariya" bu mövsüm xal itirməyib. Vensan Kompaninin yetirmələri Almaniya çempionatında yeddinci qələbəsini qazanıb.
OXŞAR XƏBƏRLƏR