"Bavariya" klubu hücumçusunu satıb

İDMAN
19:23 04.07.2024
194
Almaniyanın "Bavariya" klubu hücumçusu Yusuf Kabadayını "Auqusburq"a satıb.

20 yaşlı almaniyalı futbolçu ilə müqavilə müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Y.Kabadayı "Bavariya"nın yetirməsidir. Ötən mövsüm "Şalke 04" klubunda icarə əsasında çıxış edən forvard II Bundesliqada 23 matçda 4 qol vurub.

OXŞAR XƏBƏRLƏR