"Bavariya" klubu PSJ-dən üzr istəyib

İDMAN
19:27 28.11.2024
293
"Bavariya" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun PSJ ilə ev matçı zamanı Paris təmsilçisi və onun prezidenti Nasser Əl-Xelaifiyə qarşı yönəlmiş plakatlara görə üzr istəyib.

Bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti bəyanat yayıb.

Münhenlilər rəqib komandanın və rəsmi nümayəndələrinin bu şəkildə hücuma məruz qalmasına və təhqir olunmasına görə üzr istəyib. Həmçinin plakatların "Bavariya"nın mövqeyini əks etdirmədiyi və iki klub arasındakı münasibətlərə uyğun gəlmədiyi bildirilib.

Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR