"Bavariya" mövsümün sonunda baş məşqçisi ilə vidalaşacağını açıqlayıb

İDMAN
19:36 21.02.2024
140
Almaniyanın "Bavariya" klubu baş məşqçisi Tomas Tuxellə bağlı qərarını açıqlayıb.

Bu barədə Münxen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 50 yaşlı mütəxəssis mövsümün sonunda komandadan ayrılacaq.

Qeyd edək ki, Tuxel ötən ilin martında baş məşqçi təyin olunmuşdu.

OXŞAR XƏBƏRLƏR