Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib. İkinci oyun günündə daha bir qarşılaşma baş tutub.
Madridin "Real" klubu öz meydanında "Bavariya"nı qəbul edib. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan "Real" doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb.İlk hissədə 2 qol vuran "Real" ardından qapısında top görüb. Fasilədən sonra da qapılaratop vurulmadığından oyunda əlavə hissəyə ehtiyac duyulub. Burada da heç bir komanda fərqlənə bilməyib və oyun penaltilər seriyasına qədər uzanıb.Bu seriyada daha dəqiq oynayan "Bavariya"finala yüksələn ikinci komanda olub - 3:1.
Qeyd edək ki, dünən baş tutan ilk yarımfinal matçında "Çelsi" səfərdə "Barselona" ilə 2:2-lik bərabərə qalaraq adını finala yazdırıb. Londonda baş tutan ilk görüşdə "Çelsi" "Barselona"nı 1:0 hesabı ilə üstələdiyindən finala vəsiqə qazanan tərəf məhz ingilis təmsilçisi olub. (qol.az)