"Bavariya" yeni stadion alır

"Bavariya" yeni stadion alır
İDMAN
14:54 17.12.2025
151
Alman nəhəngi "Bavariya" qadın futbol komandasına əhəmiyyətli bir investisiya qoyub.
 
AZXEER.COM xarici mətbuata istinadən xəbər verir ki, klub təxminən 15.000 tamaşaçı tutumuna malik bir stadion alıb və bu, qadın komandası üçün daimi bir ev təmin edir. AStadionun alış qiyməti 7,2 milyon avro olaraq açıqlanıb.

Satın alınan obyekt Münhen yaxınlığında yerləşir və əvvəllər kişilər futbolunda yüksək liqa oyunlarına ev sahibliyi etdiyi bilinir. "Bavariya" bu stadionu qadın komandası üçün əsas ev meydançası etməyi planlaşdırır.

Klub rəhbərliyi bu addımın qadın futboluna verilən əhəmiyyətin konkret bir nümayişi olduğunu vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR