“Bayern Münhen”in baş məşqçisi Pep Qvardiola heyəti gücləndirmək istəyir.
AZXEBER.COM-un məlumatına görə, ispaniyalı mütəxəssis qış transfer pəncərəsində rəhbərlikdən “Liverpul”un 2 futbolçusunun transfer edilməsini istəyəcək.
Bunlar “qırmızılar”ın qol silahı Luis Suares və yarımmüdafiəçi Filip Koutinyodur. Alman nəhəngi bu 2 futbolçunun transferi üçün 75 milyon avroluq təklif hazırlayır.