"Bavariya"nın hücumçusu "Mançester Siti" ilə oyunu buraxacaq

İDMAN
19:46 10.04.2023
232
Almaniyanın "Bavariya" klubunun futbolçusu Erik Şupo-Motinq İngiltərədə "Mançester Siti"yə qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.

34 yaşlı hücumçu diz oynaqlarında problem olduğu üçün səfərə aparılmayacaq.

Kamerunlu forvardın nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.

Qeyd edək ki, aprelin 11-də keçiriləcək "Mançester Siti" - "Bavariya" qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması aprelin 19-da olacaq.
OXŞAR XƏBƏRLƏR