"Bavariya"nın hücumçusu "Qızıl buts" mükafatını qazanıb

İDMAN
18:58 27.05.2024
202
"Bavariya" klubunun hücumçusu Harri Keyn 2023/2024 mövsümündə Avropa ölkələrinin liqalarının bombardiri kimi "Qızıl buts" mükafatının sahibi olub.

İingilis futbolçu Almaniya çempionatında mövsümü 36 qolla başa vurub.

Avropada onun ən yaxın izləyicisi "Ştutqart” klubunun forvardı Seru Girassidir (28 qol). Üçüncü yerdə isə PSJ-nin hücumçusu Kilian Mbappe (27 qol) qərarlaşıb.

Qeyd edək ki, 30 yaşlı ingiltərəli forvard geridə qalan mövsümdə Münhen klubunun heyətində ümumilikdə 45 matçda meydana çıxıb. Bu oyunlarda o, 44 qola, 12 məhsuldar ötürməyə imza atıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR