Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sentyabrın 28-29-da Almaniyaya səfər etməsi Bundesliqanın təqviminin dəyişməsinə səbəb ola bilər.
AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkellə görüşmək üçün Berlinə gedəcək Ərdoğanın səfəri, sentyabrın 28-də keçiriləcək "Herta" - "Bavariya" oyununu təxirə sala bilər.
Berlin polisi Türkiyə prezidentinin səfəriylə bağlı geniş təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini və buna görə də, sözügedən oyunun başqa tarixə salınmasının mümkünlüyünü bildirib.