Baxçalı Ərdoğanı hədələdi: ‘Ağıllı ol!’

DÜNYA
17:24 18.06.2013
1587

MHP sədri bütün hadisələrin hökumət tərəfindən başladıldığına eyham vurub

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Gəzi parkı” hadisələrini yenidən şərh edib. Parlamentdə partiyasının qrup iclasında çıxış edən Baxçalı Türkiyə baş nazirini tənqid edib. Hökumətin PKK ilə əldə etdiyi atəşkəs razılaşmasını müsbət qarşılamayan Baxçalı baş verənləri bu prosesin unudulması üçün atılan addım kimi göstərib. “Görəsən baş nazir “Gəzi parkı” hadisələrini PKK ilə birlikdə ictimaiyyətin diqqətini başqa tərəfə yönəltmək üçünmü həyata keçirib? Baş nazir “Gəzi parkı”yla məşğul olduqca, terrorçular da işlərini rahat görürlər”, – deyə Baxçalı vurğulayıb. Dövlət Baxçalı daha sonra baş naziri hədələyib: “Cənab baş nazir, "Milliyyətçi Hərəkat hələ son sözünü deməyib" deyəndə, zarafat etmirdik. Söz xatirinə danışmadıq. Baş nazir ağıllı ol, yoxsa türk milliyyətçiləri ağlını başından almağı da bilərlər”. (anspress)

OXŞAR XƏBƏRLƏR