Baxmut cəbhəsində toqquşmalar intensivləşir

Baxmut cəbhəsində toqquşmalar intensivləşir
DÜNYA
12:58 03.03.2023
246
Ukrayna Baş Qərargahı Rusiyanın Baxmut cəbhə xəttinə bir çox hücumunun dəf edildiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Ukrayna ordusunun ölkənin şərqindəki Baxmut şəhərində rus qüvvələrini dayandırmaq üçün yeni səngərlər qazması ilə toqquşmaların daha da şiddətləndiyi açıqlanıb.

Rusiya qüvvələri aylardır Donetsk bölgəsində Baxmuta hücum edərkən, bölgə müharibənin ən ağır qarşıdurmalarının baş verdiyi yerlərdən birinə çevrilib.

Ukrayna Milli Qvardiyasının komandirinin müavini Vladimir Nazarenko Ukrayna NV radiosuna deyib: "Baxmutda döyüşlər səngimək bilmir... Vəziyyət kritikdir”. 

Ukrayna Baş Qərargahı bəyan edib ki, Ukrayna qüvvələri son 24 saat ərzində Baxmut cəbhə xəttinin beş əsas bölgəsində 85-dən çox hücumu dəf edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR