"Bayağı olmadığımı artıq isbatlamışam" - Şəbnəm Tovuzlu

"Bayağı olmadığımı artıq isbatlamışam" - Şəbnəm Tovuzlu
MAQAZİN
10:53 15.01.2024
166

”Bayağı müğənni olmadığımı zamanla hər kəsə göstərmişəm”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğəni Şəbnəm Tovuzlu "Kanal- S”in səhər şousu "Xəbəri var?” verilişində deyib.

Müğənni,özünü bayağı ifaçılar sırasında görmədiyini, adını o sırada hallandıranların da yalnışlığa yol veridiyini deyib:

"Mən bayağı olmadığımı zamanla hər kəsə isbatlamışam. Özümü o ad altında halanan müğənnilərdən gömürəm. Mən demirəm mən sənət göstərmişəm, yox. Amma repertuarım o ifaçılara yaxın da olsa, bayağı deyil. Biz toy üçün işləyirik. Bunu həmkarlarım da bilir ki, bu gün efirlərdə ancaq canlı ifalarımla özümü təsdiqləmişəm. Bir, iki ay məşq eləsəm, efirlər mənə 2 saat vaxt ayırsa, yalnız bəstəkar mahnıları səsləndirərəm və bunun öhdəsindən çox gözəl gələrəm. Bunu həmkarlarım da bilir”.

Şəbnəm, daha öncə səsləndirdiyi "Bayağı mahnı yoxdur, onu bayağılaşdıran müğənni var” fikrini belə əsəslandırıb:

"Bayağı mahnı olmur, onu bayağılaşdıran müğənnidir. Baxır onu necə təqdim edəcək. Əslində bayağı sözünü daha çox oxuduğumuz meyxana jannrında olan mahnılar üçün deyirlər. Amma biz xalq mahnılarını da oxuyuruq. Məncə bunu bu qədər müzakirə etməyək. Hər kəsin balaca da olsa öz auditoriyası var”.

Aysel

OXŞAR XƏBƏRLƏR