Bayden Ağ Evdə Volodimir Zelenski ilə görüşdü

Bayden Ağ Evdə Volodimir Zelenski ilə görüşdü
DÜNYA
09:19 22.09.2023
97
ABŞ Prezidenti Co Bayden Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Bayden Ukraynaya 325 milyon dollar əlavə hərbi yardım edəcəklərini açıqlayıb.

Oval kabinetdəki görüşdən əvvəl Bayden və Zelenski jurnalistlərə qısa açıqlamalar veriblər.
 
Bayden bildirib ki, ölkəsi Ukraynaya ərazisini Rusiyadan müdafiə etməkdə kömək etməsə, heç bir ölkə təhlükəsiz olmayacaq. Zelenski Baydenə və ABŞ Konqresinə səmimi və konstruktiv dialoqa görə təşəkkür edib.

Daha sonra iki ölkənin heyətlərarası və ikitərəfli görüşləri keçirib, təmasların məzmunu ilə bağlı açıqlamalar veriblər.

Qeyd edək ki, Rusiyanın 2022-ci ildə işğal cəhdindən sonra ikinci dəfə Vaşinqtona səfər edən Zelenski Baydendən əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Nümayəndələr Palatasının üzvləri və senatorlarla görüşüb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR