Bayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb

Bayden ABŞ vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
DÜNYA
04:58 19.09.2023
214
ABŞ Prezidenti Cozef Bayden ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, o bunu ciddi risklər olması ilə izah edib.

"Vətəndaşlarımızın evlərinə qayıtmasını (əsir mübadiləsi çərçivəsində - Qeyd) alqışlayarkən bir daha bütün amerikalılara İrana səfərlərin ciddi risklər ilə bağlı olduğunu xatırladıram. ABŞ pasportu olanlar oraya getməməlidir”, - Bayden deyib.

ABŞ lideri əlavə edib ki, İranda Amerika vətəndaşları oğurlanma, əsassız həbs və saxlanma ilə üzləşə bilərlər.
OXŞAR XƏBƏRLƏR