Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ABŞ prezidenti Co Baydenin onları məyus etdiyini deyib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Fələstin xarici işlər naziriABŞ-la münasibətlərlə bağlı mətbuata açıqlama verib.
O Baydenin vədlərindən üç il keçdiyini, lakin heç bir nəticənin əldə olunmadığını deyib:
"Biz Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım Agentliyinin Şərqi Qüdsdəki xəstəxanalara maliyyə dəstəyindən başqa heç bir yardım görmədik. Çin Yaxın Şərqdəki mövcudluğunu təkcə iqtisadi deyil, həm də siyasi baxımdan artırmaq istəyir. Çox mühüm qlobal oyunçuya çevrilmiş Çininlə münasibətləri irəlilətmək istəyirik", - deyə nazir söyləyib.
Riyad əl-Maliki Fələstin və İsrail arasında sülh prosesində ABŞ-ın roluna diqqət çəkərək, Yaxın Şərqdə sülh prosesinin mövcud olmadığını qeyd edib.
Şəbnəm