"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev

"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
492
Biz vaxt itirmək istəmirik, onsuz da əvvəlki administrasiya dövründə - bu dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

"Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
OXŞAR XƏBƏRLƏR