xari

Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb

DÜNYA
08:54 19.04.2021
256
ABŞ prezidenti Cozef Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb.

AZXEBER.COM-un məlumatına görə, C.Baydenin bununla bağlı çıxışı "NBC" telekanalının vaksinasiyaya həsr edilmiş verilişində yayımlanıb.

C.Bayden qeyd edib ki, ABŞ hakimiyyəti ölkədəki bütün yaşlılar üçün bu gündən etibarən peyvəndlənmə imkanını təmin etmək niyyətindədir: "Peyvəndləmə pulsuz və rahatdır. Bu, özünüzü, ətrafdakıları COVID-19-dan, o cümlədən onun yeni ştammlarından qorumaq, iqtisadiyyatı bərpa etmək və normal həyata qayıtmaq üçün əlinizdən gələni etməyə imkan verəcək".

ABŞ prezidenti artıq peyvənd olunmuş vətəndaşlara təşəkkür edib: "Əgər siz hazırda peyvənd olunmağı planlaşdırırsınızsa, xahiş edirəm bu prosedurdan sona qədər keçin. Biz əhəmiyyətli irəliləyiş əldə etmişik, lakin virusla mübarizə davam edir və daha on milyonlarla amerikalı peyvənd olunmalıdır".

OXŞAR XƏBƏRLƏR