Bayden anomal istilərlə mübarizə aparmaq üçün tədbirlər görməyə çağırış etdi

Bayden anomal istilərlə mübarizə aparmaq üçün tədbirlər görməyə çağırış etdi
DÜNYA
11:06 28.07.2023
219
ABŞ Prezidenti Co Bayden ölkəni bürüyən isti havanın mənfi təsirləri ilə mübarizə üçün bir sıra yeni addımlar atacaqlarını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Ağ Evdə mətbuat konfransı keçirən Bayden, iqlim dəyişikliyinin ekzistensial təhlükə olduğunu söyləyib. O iqlim dəyişikliyinin təsirini artıq heç kimin inkar edə biləcəyini düşündüyünü deyib. 

Bayden həddindən artıq istilər, quraqlıq, tufanlar və yanğınlar nəticəsində havanın keyfiyyətinin pisləşməsinin hava hadisələri nəticəsində ölümlərin bir nömrəli səbəbinin temperatur olduğunu bildirib.

İşçiləri təhlükəli hava şəraitindən qorumaq üçün Əmək Nazirliyindən temperaturla bağlı "təhlükə xəbərdarlığı” verməsini istədiyini qeyd edib. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR