Bayden Əfqanıstandakı vəziyyəti dünya liderləri ilə müzakirə edəcək

Bayden Əfqanıstandakı vəziyyəti dünya liderləri ilə müzakirə edəcək
DÜNYA
00:01 18.08.2021
966
ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandakı vəziyyətlə əlaqədar dünya liderləri ilə telefon danışığı aparacaq.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, "Taliban" silahlıları Kabilə daxil olduqdan sonra ABŞ Prezidenti dünya liderləri ilə bu barərə müzakirələr aparmayıb.

Psaki qeyd edib ki, dünya liderləri ilə telefon danışığının yaxın günlərdə baş tutacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR