ABŞ Prezidenti Co Bayden Tel-Əviv rəhbərliyinin onları dinlədiyini iddia edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bayden Fransaya səfəri zamanı "ABC News"a danışıb.
ABŞ prezidenti bildirib ki, Vaşinqton administrasiyasının Rəfahla bağlı narahatlığı İsrail tərəfindən nəzərə alınıb.
Bayden İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqton rəhbərliyinin Rəfaha hücumlarla bağlı narahatlıqlarını görməzdən gəlmədiyini və bu açıqlamaları verdiyini bildirib:
"Mənə elə gəlir ki, o, məni dinləyir. Tam sürətlə Rəfaha girəcəkdilər, Rəfahı tamamilə işğal edəcəkdilər, şəhəri alacaqdılar, tam qüvvə ilə hərəkət edəcəkdilər. Onlar bunu etməyiblər”
Qəzza üçün 3 mərhələli atəşkəs təklifinə toxunan Bayden İsrailin mühüm razılaşmanı qəbul etdiyini və Netanyahunun bu təklifə dəstəyini açıq şəkildə ifadə etdiyini bildirib.
Ayşən