ABŞ-da prezident seçkilərinə 14 ay qalıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABC televiziyası və Washington Post qəzetinin sorğusunun nəticəsinə görə, hazırkı prezident Co Bayden Donald Trampdan 9 xal geri qalır.
Baydenin populyarlığı 37 faizlə ən aşağı səviyyəyə düşüb. Demokratların 62 faizi seçkinin Baydendən başqa namizədlə keçirilməsini istəyir.
Sorğuda Trampı dəstəkləyənlərin sayı 51 faiz, Baydenə dəstək isə 42 faiz olub.
Onun irəliləyən yaşı, ölkə iqtisadiyyatının vəziyyəti və cənub sərhədindəki immiqrant böhranı kimi məsələlər Baydenə dəstəyin azalmasında aparıcı amillərdir.
Rəyi soruşulanların 74 faizi Baydenin prezident olmaq üçün çox qoca olduğunu düşünür. İştirakçıların 44 faizinin fikrincə, Bayden dövrü maliyyə cəhətdən pisdir.
Bu, amerikalıların 1986-cı ildən bəri prezidentin iqtisadi fəaliyyətinə verdiyi ən pis qiymət olub.
Mikayıl