Bayden seçki mitinqində Harrisə dəstək oldu

DÜNYA
12:29 16.08.2024
130
ABŞ Prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildikdən sonra ilk dəfə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə mitinqə qatılaraq dəstək göstərib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Bayden və Harris Merilend ştatında keçirilən mitinqdə birlikdə səhnəyə çıxıb, hökumətin dərmanların qiymətlərini aşağı salmaq üçün şirkətlərlə razılaşdığını ictimaiyyətə elan ediblər.

Böyük izdiham tərəfindən qarşılanan ikili səhnədə bir-birini qucaqlayaraq seçicilərə birlik mesajı verib, Bayden Harrisin çox uğurlu prezidentlik edəcəyini bildirib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR