Bayden Şoltsla Ukraynaya dəstəyi müzakirə etdi

Bayden Şoltsla Ukraynaya dəstəyi müzakirə etdi
DÜNYA
21:28 05.05.2022
356
ABŞ Prezidenti Cozef Bayden Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən jurnalistlərə məlumat verilib.

Məlumata görə, telefon danışığı yarım saat davam edib.

Onlar Ukraynaya gələcək dəstəyin zəruriliyi ilə bağlı razılığa gəliblər, həmçinin ölkənin sərhədlərinin dəyişdirilməsinin legitimliyini tanımadıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR