Bayden Ukraynanın xarici işlər və müdafiə nazirləri ilə görüşdü

Bayden Ukraynanın xarici işlər və müdafiə nazirləri ilə görüşdü
DÜNYA
16:39 26.03.2022
339
ABŞ Prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov ilə görüşüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Varşavada keçirilən görüşə həmçinin ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də qatılıb.

Görüşdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR