Bayden və Zelenski telefonla danışıblar

Bayden və Zelenski telefonla danışıblar
DÜNYA
21:28 25.08.2022
392
ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski bu gün telefonla danışıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Ukrayna Prezidenti Volodimir Zelenskiyə istinadən məlumat yayıb.

"ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik", - Zelenski yazıb.

Həmin vaxta qədər iki dövlətin liderləri arasında iyunun 15-də telefon danışığı olub.
OXŞAR XƏBƏRLƏR