Baydendən İsrailə xəbərdarlıq: "Bu, böyük səhv olardı"

Baydendən İsrailə xəbərdarlıq: "Bu, böyük səhv olardı"
DÜNYA
10:14 16.10.2023
159
ABŞ Prezidenti Co Bayden İsrailin Qəzzanı işğal etməsinin böyük səhv olacağını bildirib.
 
AZXEBER.COM Anadolu agentliyinə istinadən xəbər verir ki, Bayden bu barədə CBS News kanalının "60 Dəqiqə" proqramında qonaq olarkən danışıb.
 
İsrailin Qəzzada "müharibə qaydalarına" əməl edəcəyinə inandığını vurğulayan Bayden Qəzzanın günahsız xalqının qida, su və dərman vasitələrinə çata biləcəyini bildirib.

Aparıcının "Siz İsrailin Qəzzanı işğalını dəstəkləyəcəksinizmi? sualına Bayden "Düşünürəm ki, bu, böyük səhv olardı. Məncə, Qəzzada baş verənlər ekstremist HƏMAS-la bağlıdır. O, bütün Fələstin xalqını təmsil etmir. İsrailin Qəzzanı işğal etməsi səhv olardı" - deyə bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR