Baydendən İsveç və Finlandiyaya dəstək: "Onlarla işləməyi səbirsizliklə gözləyirəm"

Baydendən İsveç və Finlandiyaya dəstək: "Onlarla işləməyi səbirsizliklə gözləyirəm"
DÜNYA
14:35 19.05.2022
308
"Biz İsveçin və Finlandiyanın NATO-ya üzvlüyünü səmimiyyətlə alqışlayırıq”.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden açıqlama verib.
  
"Finlandiya və İsveçin NATO-ya qoşulması müdafiə sahəsində əməkdaşlığımızı gücləndirəcək və bütün transatlantik tərəfdaşlarımıza fayda verəcək. Bundan başqa Finlandiya və İsveçin NATO üzvlüyü qiymətləndirilərkən biz ayıq-sayıq qalacağıq və ümumi təhlükəsizlik təhdidlərinə qarşı birlikdə çalışacağıq. Mən Finlandiya və İsveçi tarixin ən güclü müdafiə ittifaqına tezliklə daxil etmək üçün ABŞ Konqresi və NATO müttəfiqlərimizlə işləməyi səbirsizliklə gözləyirəm”. - deyə Bayden bildirib.

İki ölkənin NATO-ya müraciətinin mühüm qərar olduğunu deyən Bayden NATO-nun 5-ci maddəsinə sadiqliklərinin sarsılmaz olduğunu vurğulayıb.

Qeyd edək ki, sabah Vaşinqtonda Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Andersson ilə görüşəcəyini deyən Bayden iki ölkənin NATO-ya müraciəti və Avropanın təhlükəsizliyi ilə bağlı fikir mübadilələri aparacaqlarını qeyd edib.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR