ABŞ Prezidenti Co Bayden Misir və Qətər liderlərinə məktub göndərərək atəşkəs üçün HƏMAS-a təzyiq göstərməyə çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Amerika mətbuatına açıqlama verən adı açıqlanmayan bir rəsmi bildirib ki, ABŞ prezidenti bu yaxınlarda Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Taniyə xüsusi məktub göndərib.
Buna uyğun olaraq, Bayden məktubunda Misir və Qətəri atəşkəs danışıqlarını sürətləndirmək üçün HƏMAS-a təzyiq göstərməyə çağırıb.
Ayşən