ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya bir daha xəbərdarlıq edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Bayden Netanyahu ilə telefon danışığında İsrail mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün etibarlı plan olmadan Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum etməməli olduğunu bildirib.
Qəzzaya hücumu və işğalı nəticəsində on minlərlə fələstinlini qətlə yetirən İsrail bölgənin şimal və mərkəzi bölgələrində yaşayan əhalinin əksəriyyətini Misir sərhədindəki Rəfah şəhərində cəmləşdirməyə məcbur edib.
İsrail hücumlar boyu şimaldakılar üçün təhlükəsiz zona elan etdiyi cənub bölgəsini indi qurudan işğal etmək və əhalini oradan zorla çıxarmaq istəyir.
Təxminən 1 milyon 400 minə yaxın dinc sakinin Rəfahda sıxışdırıldığı təxmin edilir.
Qeyd edək ki, beynəlxalq ictimaiyyət İsrailə xəbərdarlıq edib ki, Rəfaha hərtərəfli hücum yeni və böyük faciəyə səbəb olacaq.
Mikayıl