Baydeni çətin vəziyyətə salacaq hadisə: Qalmaqallı sənədlər ortaya çıxdı

Baydeni çətin vəziyyətə salacaq hadisə: Qalmaqallı sənədlər ortaya çıxdı
DÜNYA
12:33 10.08.2023
251
ABŞ Prezidenti Co Baydeni çətin vəziyyətə salacaq hadisə baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Comer prezident Co Baydenin oğlu Hunter Bayden və onun biznes tərəfdaşlarının Rusiya və Qazaxıstan oliqarxları da daxil olmaqla xarici iş adamları və şirkətlərdən milyonlarla dollar ödəniş aldığını göstərən bank qeydlərini paylaşıb. 

Ceyms Comer əvvəllər "Twitter” kimi tanınan X sosial media platformasındakı hesabında Co Baydenin vitse-prezidenti olduğu dövrdə oğlu Hunterin onun hesabına rus və qazax oliqarxlarından köçürülən pul axını göstərdiyini paylaşıb. O cümlədən bank köçürmələrinin ekran görüntüləri dərc edilib.

Comer tərəfindən paylaşılan sənədlərdə "Vitse-prezident Bayden bu şəxslər və ya onların nümayəndələri ilə əhəmiyyətli bir müddət ərzində şəxsən görüşüb. Hunter Bayden xarici biznes tərəfdaşları ilə 20-yə yaxın yüksək səsli telefon danışıqlarında iştirak edib və axşam yeməyində böyük məbləğlər ödəyən xarici oliqarxlarla görüşüb. Baydenlərin satdığı yeganə məhsul Co Bayden markası idi”,-  ifadəsindən istifadə edilib.

Sənədlərdə Hunter Baydenin Ukraynanın enerji firması Burisma Holding, rusiyalı oliqarx Yelena Baturina və qazaxıstanlı oliqarx Kenes Rakişevdən milyonlarla dollar ödəməyə razılaşdığı, o zaman vitse-prezident Baydenin Rakişev və Burisma Holdinqin nümayəndəsi ilə nahar etdiyi bildirilir.

Bayden ailəsinin bəzi Çin və Rumıniya təşkilatlarından aldığı ödənişlərlə bağlı məlumatları paylaşan Komitənin sənədlərində sözügedən xarici ödənişlərin ümumilikdə 20 milyon dollardan çox olduğu qeyd edilib.

Comer mətbuata açıqlamasında vurğulayıb ki, Nəzarət Komitəsi prezident Baydenin oğluna "adından brend kimi istifadə etməyə" və münasibət müqabilində pul qazanmasına "bilərəkdən icazə verib-vermədiyini" müəyyən etmək üçün şahid ifadələrini axtarmağa davam edəcək. 

Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
01:15 24.08.2026
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist