Baydenin əvəzinə sənədləri kimin imzaladığı məlum oldu

Baydenin əvəzinə sənədləri kimin imzaladığı məlum oldu
DÜNYA
22:18 01.06.2025
522
ABŞ-nin keçmiş Prezidenti Co Baydenin adından avtomatik qələmdən istifadə edərək sənədləri imzalayan dörd Ağ Ev əməkdaşının şəxsiyyəti müəyyənləşib.

Bunu "Fox News" telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının komitə sədri, respublikaçı Ceyms Komer deyib.

"Biz sənədləri götürən, avtomatik imzaya göndərən və Co Baydenin imzasının kağızlarda görünməsini təmin edən dörd Ağ Ev əməkdaşını müəyyən etdik. Biz onlara bu səlahiyyəti kimin verdiyini öyrənmək istəyirik", - o bildirib.

Konqresmen qeyd edib ki, avtomatik qələmə cavabdeh olan şəxslər ən mühüm sənədlərin, o cümlədən əfv və icra sərəncamlarının necə imzalanması prosesini dəqiq izah etməlidirlər.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR