Baydenin oğlu 25 il həbs oluna bilər - Sevgilisi etiraf etdi

Baydenin oğlu 25 il həbs oluna bilər - Sevgilisi etiraf etdi
DÜNYA
11:38 07.06.2024
154
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden 25 il azadlıqdan məhrum edilə bilər.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bunu Baydenin oğlunun sevgilisi Halli Bayden açıqlayıb.
 
Belə ki, 6 il öncə Hanter narkotik vasitənin təsiri altında ikən silah almaq ittihamı ilə günahlandırılaraq məhkəməyə çıxarılıb.
  
Sevgilisi məhkəmədə Hanter Baydenin istifadə etdiyi dərmanları ilk dəfə 2015-2016-cı illərdə tapdığını bildirib.

Qeyd edək ki, Hanter Baydenə qarşı ittihamlara federal lisenziyalı silah satıcısına yalan danışmaq  və 11 gün ərzində qanunsuz olaraq silah saxlamaq daxildir.
 
Bildirilir ki, Hanter Bayden işin sonunda 25 ilə qədər həbs cəzasına məhkum edilə bilər.
 
Bu da ABŞ tarixində vəzifədə olan prezidentin oğlunun ilk dəfə həbs edilməsi kimi tarixə düşə bilər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR