Baydenin qəribə davranışlarıyla bağlı Ağ Evdən AÇIQLAMA

Baydenin qəribə davranışlarıyla bağlı Ağ Evdən AÇIQLAMA
DÜNYA
12:48 18.06.2024
159
Ağ Ev ABŞ Prezidenti Co Baydenin sosial mediada çaş-baş qalmış göründüyü və müzakirələrə səbəb olan videoları haqqında açıqlama verib.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Piyer dünən keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

"Bu manipulyasiya edilmiş videolar pis niyyətlə hazırlanıb və həqiqəti əks etdirmir” deyən sözçü videoları "ucuz saxtakarlıqlar" kimi xarakterizə edib:
 
"Bu, respublikaçıların burada necə çıxılmaz vəziyyətdə olduqları barədə bilməmiz lazım olan hər şeyi izah edir. Onlar prezidentin vəzifədəki fəaliyyəti, qanunverici orqanlardakı qələbələri, amerikalılar üçün nə edə biləcəyi haqqında danışmaq əvəzinə bu cür səviyyəsiz videoları yayırlar" - deyə o əlavə edib.

Baydenin Ağ Evdə keçirilən tədbirdə musiqi sədaları altında rəqs edən insanların yanında hərəkətsiz dayandığı video ilə bağlı danışan sözçü bunları deyib:
 
"Prezident orada dayanıb musiqi dinləyirdi və rəqs etmirdi. Bağışlayın, rəqs etməməyin sağlamlıq problemi olduğunu bilmirdim. Ətrafınızdakı insanlara baxsanız, rəqs etməyən insanlar çoxdur" - deyə sözçü açıqlamasını yekunlaşdırıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR