ABŞ-də prezident seçkiləri yaxınlaşdıqca, Demokratik Partiya üzvlərindən prezident Co Baydenin yarışdan geri çəkilməsinə çağırışlar artır.
AZXEBER.COM "Washington Post"a istinadən xəbər verir ki, ABŞ-də demokrat liderlər prezident Co Baydendən Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampı məğlub edə biləcəyinə dair tutarlı sübutlar təqdim edəcəyini gözləyirlər.
Demokratlar Baydenin yarışdan geri çəkilməsinə çağırışlarının arta biləcəyinə diqqət çəksələr də, Konqres üzvləri və donorlar da həftənin sonuna qədər Baydenə namizədliyindən imtina etmək üçün açıq çağırış edə biləcəklərinə işarə etdilər.
NATO Sammitində Baydeni utandırmaq istəmədiklərini bildirən Demokratlar, yarışdan çəkilmək qərarına özü qərar verməsi üçün Baydenə vaxt verdiklərini müdafiə etdilər.
Gülay