Baydenlə görüşə gedən Polşa prezidentinin təyyarəsi məcburi eniş etdi

Baydenlə görüşə gedən Polşa prezidentinin təyyarəsi məcburi eniş etdi
DÜNYA
19:34 25.03.2022
412
Polşa prezidenti Andrzey Dudanın təyyarəsi Varşavaya təcili eniş edib.

"Reuters" xəbər verir ki, bu barədə Dudanın müşaviri Yakub Kumoç bildirib.

Dudanın ofisinin rəhbəri Pavel Szrot isə prezidentin heç bir təhlükə ilə üzləşmədiyini deyib.

Qeyd edək ki, Andrzey Duda ABŞ Prezidenti Co Bayden ilə görüşmək üçün Jeşuv şəhərinə gedirmiş. Onun üçün hazırda başqa bir təyyarə hazırlanır.
 
///Milli.az
OXŞAR XƏBƏRLƏR