“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib

“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İDMAN
12:54 12.07.2025
240
Almaniyanın "Bayer 04” klubu ABŞ millisinin futbolçusu Malik Tillmanı transfer edib.
 
23 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.

Niderlandın PSV klubundan transfer edilən M.Tillman ötən mövsüm meydana çıxdığı 34 matçda 16 qola və 5 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, daha əvvəl Almaniya yığmasının aşağı yaş qruplarından ibarət komandalarında çıxış etmiş alman əsilli futbolçu 2022-ci ildən ABŞ-nin əsas millisinin formasını geyinir.
 
///Report
OXŞAR XƏBƏRLƏR