'Bayer'in oyunçuları Messinin forması üstündə qırğına çıxdı

İDMAN
20:44 16.02.2012
2004
Bayer Leverkusenin iki futbolçusu Çempionlar Liqası çərçivəsində fevralın 14-də Barcelona ilə keçirdikləri oyunda rəqib komandanın ulduz oyunçusu Lionel Messinin formasını ələ keçirmək üçün savaşıblar. Bu vəziyyət Almaniya komandasının məşqçisi Rudi Völleri özündən çıxarıb.Völler iki futbolçunun qarşılaşma boyu Messinin formasını kimin əldə edəcəyini düşünməsindən duyduğu narahatlığı Almaniya mediası ilə paylaşıb. Baş məşqçi "Komandanın 90 faizi matça fokuslaşdı. Ancaq bu iki futbolçu çox dərinə getdi" deyə bildirib.Futbolçularla hələ danışmadığını, ancaq onlara "iki kəlmə" deyəcəyinin olduğunu bildirən məşqçi Messidən alınan formaları komandaya kömək məqsədilə açıq hərraca çıxaracaqlarını qeyd edib.Bayer Leverkusenin müdafiəçisi Michal Kadlec matçın ilk 45 dəqiqəsi başa çatan kimi Messiyə yaxınlaşaraq formasını istəyib, ancaq formaya ondan daha çevik tərpənən Manuel Fridrix sahib çıxıb. Bundan sonra Michal Kadlec oyunun yekununda Messidən daha bir forma istəyib.

OXŞAR XƏBƏRLƏR