“Bayern Münhen” və “Barselona” Tiaqo Alkantaranın transferini rəsmi olaraq elan ediblər.
AZXEBER.COM-un məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi bundan sonra Münhen klubunun şərəfini qoruyacaq.
Almanlar bu keçidə görə Kataloniya təmsilçisinə 25 milyon avro ödəyəcək. Tiaqo “Bayern”də “6” nömrəli formanı geyəcək.