"Bayrağımız qürur mənbəyimiz, and yerimizdir"

"Bayrağımız qürur mənbəyimiz, and yerimizdir"
SİYASƏT
12:34 08.11.2023
120
Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Bayraq isə xalqların, millətlərin dövlətçilik ənənələrini, milli dəyərlərini, müstəqilliyini əks etdirən atributdur.
Üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 105 il əvvəl - 1918-ci il noyabrın 9-da qəbul olunub. 

1988-ci ildə Azadlıq meydanında dalğalanan bayrağımız rəsmi olaraq 1990-cı il yanvar ayının 19-da Naxçıvan Ali Sovetinin binası üzərində ucaldıldı. Milli özünüdərkin təmin olunması prosesinin tərkib hissəsi kimi, 10 ay sonra-1991-ci il noyabrın 17-də Naxçıvan Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın rəsmi bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də Ali Sovetin "Dövlət bayrağı haqqında" Qanununa əsasən, üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verildi.

Azərbaycan bayrağı haqqında Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda bir neçə mühüm dövlət sənədi imzalanmışdır: "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” (13 mart 1998-ci il), "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu” (8 iyun, 2004-cü il), "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında (2007-ci il noyabrın 17-də) sərəncam, digər fərmanlar və qanunlar dövlət səviyyəsində bayrağımıza olan ehtiramın bariz nümunəsidir.

Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verib. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaltdı. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə oldu. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

Oktyabrın 15-də tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. 

Prezident İlham Əliyev Xankəndidə dövlət bayrağımızı qaldırmaqla separatizmə, buna dəstək verənlərə bildirmiş oldu ki, özünüz və güvəndiyiniz revanşist qüvvələr bir daha Azərbaycanın suverenliyini pozmağa cəhd belə edə bilməyəcək.


Aysun Həsənli
Şəhid mayor Elşad Həsənovun qızı, Xəzər Universitetinin I kurs tələbəsi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
16:42 28.02.2025
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
16:35 28.02.2025
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
Yol polisindən səfərə çıxan sürücülərə MÜRACİƏT
16:31 28.02.2025
Yol polisindən səfərə çıxan sürücülərə MÜRACİƏT