AZXEBER.COM xəbər verir ki, Bakı şəhəri Gömrük idarəsinin mühafizə dəstəsinin böyük mühafizəçisi Əliyev Bayram  dünya çempionatında iştirak edib. Bayram Əliyev 90 kq çəki dərəcəsində iştirak edərək  bench press hərəkətində 260 kq nəticə ilə qalib gələrək dünya cempionu adını qazanıb.

Hər bir idmanda ağırlıq olduğu kimi, bizim idmanda çox ağır idman növü sırasındadır. Dünya çempionatında iştirak etmək istəklə yanaşı,  gücə bağlı olan  istəkdi. Şükürlər olsun ki, məndə istəklə yanaşı gücümü sınaya bildim və qalib adını qazandım. Gələcəkdə bundan da  yüksək nəticələr göstərməyə çalışacam. Bu arada qalib gələn bütün idmançılarımızı təbrik edirəm. Bu sözləri öz müsahibəsi zamanı Bayram Əliyev söyləyib.