Bayram günü telefon dükanına girib oğurluq etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib oğurluq etdi - ANBAAN VİDEO
SOSİAL
18:44 21.03.2026
129
Bakıda telefon mağazasından oğurluq olub.

AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən şəxsin bacısı Aysu Məmmədova məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər, Sabunçu rayonu, Zabrat qəsəbəsində, "Zabrat 2 dairəsi" adlanan ərazidə yerləşən telefon dükanında qeydə alınıb.

Ərazidəki təhlükəsizlik kameralarına anbaan əks olunan oğurluq zamanı əvvəlcə naməlum şəxs mağazanın önündə əyləşərək ətrafı müşahidə edib. O daha sonra qapını sındıraraq içəri daxil olub və buradan həm satış, həm də təmir məqsədilə qoyulmuş telefonları oğurlayıb.

Hadisə ilə bağlı 15-ci Polis Bölməsinə məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR